ELEKTRON MÜRACİƏTLƏR SİSTEMİ

Hər bir şəxs “Elektron müraciətlər sistemi” vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək öz təklif, ərizə və şikayətlərini göndərə bilər. "Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu"nun 10-cu maddəsinin 10.1-ci bəndinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. İnformasiya sistemi üzərindən müraciət edən şəxs işçi kabinetində müraciətin icra vəziyyətini izləyə və gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş müraciətin cavabını əldə edə bilər. Mərkəzi Banka ünvanlanmış elektron müraciətin icrası barədə bildirişlər müraciət edən şəxsin qeyd etdiyi elektron poçtuna avtomatik qaydada göndərilir.